...

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə əlaqədar fətva verib (FOTO)

Cəmiyyət Materials 7 Avqust 2010 12:02 (UTC +04:00)
Trend-in məlumatına görə, Qazılar Şurasının şənbə günü keçirilən iclasında bildirilib ki, Ramazan avqustun 11-də başlayır. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı sentyabrın 9-u və ya 10-na təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə əlaqədar fətva verib (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Trend-in məlumatına görə, Qazılar Şurasının şənbə günü keçirilən iclasında bildirilib ki, Ramazan avqustun 11-də başlayır. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı sentyabrın 9-u və ya 10-na təsadüf edəcək.

QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb.

Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.

QMİ sədri, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə iclasdakı çıxışında xalqın, dindarların Ramazan ayında xeyirli əməllərlə məşğul olmasını vacib sayıb.

Şeyx Azərbaycan Ordusunun şəhid olan giziri Mübariz İbrahimovun qəhrəmanlığını örnək kimi dəyərləndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxışında bildirib ki, Azərbaycan dövləti dini bayram və mərasimlərin baş tutması üçün bütün lazım olan tədbirləri görür.

O, bu mərasimlər çərçivəsində ideoloji zəmində heç bir mübahisələrin yaranmayacağına ümidvar olduğunu bildirib.

Professor Vasif Məmmədəliyev isə din xadimlərinin bütün məscidlərdə Ramazanın mahiyyətini açıqlamağa xidmət edən çıxışlar etməsini zəruri saydığını bildirib.

Xəbər lenti

Xəbər lenti