...

"Yeni Azərbaycan" qəzetinin redaktoru "İRƏLİ" "Media Akademiya" İctimai Birliyinin layihəsi çərçivəsində tələbələrlə görüşüb

Cəmiyyət Materials 7 Avqust 2010 15:34 (UTC +04:00)
"Yeni Azərbaycan" qəzetinin redaktoru "İRƏLİ" "Media Akademiya" İctimai Birliyinin layihəsi çərçivəsində tələbələrlə görüşüb
"Yeni Azərbaycan" qəzetinin redaktoru "İRƏLİ" "Media Akademiya" İctimai Birliyinin layihəsi çərçivəsində tələbələrlə görüşüb

Azərbaycan, Bakı, 7 avqust/Trend, müxbir M.Əliyev/

"Yeni Azərbaycan" qəzetinin redaktoru Himət Babaoğlu "İRƏLİ" "Media Akademiya" İctimai Birliyinin layihəsi çərçivəsində tələbələrlə görüşüb.

Jurnalist qəzetlərimizdə klassik mətbuat janrında yazıların çox az olduğundan təəssüfləndiyini bildirib. Bu barədə "İRƏLİ"nin məlumatında deyilir.

Babaoğlunun fikrincə, mətbuatda ləhcəylə və jarqonla yazılan məqalələrin, təhqiramiz sözlərin işləndiyi yazıların xroniki hal aldığını və bunları yazanların demokratiya və söz azadlığından sui-istifadə etdiklərini söyləyib.

Müasir dövrdə mətbuata marağın azaldığını deyən cənab Babaoğlu, bunun səbəbini cəmiyyət və mətbuat arasındakı əlaqə və münasibətlərin zəiflədiyini, internetin gənclər arasında çox aktuallaşdığında gördüyünü bildirib.

Qonaq tələbələrin "Bəlkə qəzetlər öz yazıları ilə oxucular üçün maraq doğura bilmirlər?" sualına - "Maraq doğuran mövzular çox olur, amma oxucuların mətbuata etibar gücü zəifləyib", - deyə cavab verib.

Xəbər lenti

Xəbər lenti