...

Azərbaycanda orta texniki peşə məktəblərində ixtisasların seçilməsi üzrə prosedurun müddəti uzadılıb

Cəmiyyət Materials 10 Avqust 2010 19:57 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın onbirillik təhsil basası əsasında orta texniki peşə məktəblərində və ali məktəblərdə ixtisasların seçilməsi üzrə prosedurun müddətini 11 avqust saat 10:00-dək uzadıb. Bu barədə komissiyanın məlumatında deyilir.
Azərbaycanda orta texniki peşə məktəblərində ixtisasların seçilməsi üzrə prosedurun müddəti uzadılıb

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın onbirillik təhsil basası əsasında orta texniki peşə məktəblərində və ali məktəblərdə ixtisasların seçilməsi üzrə prosedurun müddətini 11 avqust saat 10:00-dək uzadıb. Bu barədə komissiyanın məlumatında deyilir.

İxtisasların seçilmə proseduru çərşənbə axşamı saat 24:00-da başa çatmalı idi.

Abituriyentlər İnternet vasitəsilə daxil olmaq istədikləri ixtisasların kodunu təsdiq etməlidirlər.

İxtisasların kodlarının seçilməsi üzrə prosedur avqustun 5-də başlayıb.

Azərbaycanın ali məktəblərində 2 757 vakant yer qalıb.

Qeyd etmək lazımdır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası doqquzillik təhsil bazası əsasında orta texniki peşə məktəblərinə sənəd qəbulunu 11 avqust saat 12:00-dək uzadıb.

Xəbər lenti

Xəbər lenti