Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda hakimliyə namizədliyini rəli sürmüş 78 nəfər müsabiqənin növbəti mərhələsinə keçib. Bu barədə çərşənbə axşamı Trend-ə Hakimlərin Seçki Komitəsindən məlumat veriblər.
Məlumatda qeyd olunur ki, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, 2009-2010-cu tədris ili ərzində davam etmiş tədris kursunu və məhkəmədə təcrübə keçməni başa vurmuş 80 hakimliyə namizəd peşə hazırlığının yoxlanılması məqsədilə şifahi imtahandan keçib.
20-dək beynəlxalq və yerli təşkilatlardan olan 30-dan çox müşahidəçinin iştirakı ilə keçirilən imtahanın nəticələri üzrə 78 nəfər hakimliyə namizədin biliyi məqbul sayılaraq, yekun mərhələyə buraxılıb.
Azərbaycanda hakimliyə namizədliyini irəli sürmüş 78 nəfər müsabiqənin növbəti mərhələsinə keçib
Azərbaycanda hakimliyə namizədliyini rəli sürmüş 78 nəfər müsabiqənin növbəti mərhələsinə keçib.
