Azərbaycan,Bakı, 16 avqust /Trend, müxbir M.Əliyev/
Həftənin sonlarına doğru Azərbaycanda havanın temperaturunun aşağı düşəcəyi gözlənilir. Bu barədə Trendə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji proqnozlar bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.
"Həftənin birinci yarısında ölkə ərazisində isti hava şəraiti saxlanacaq. Gündüzlər Bakıda və Abşeron yarımadasında 36-39 dərəcə, aran bölgələrində 39-41, dağətəyi və dağlıq rayonlarda 26-31 dərəcə isti olacaq", - Tağıyeva bildirib.
Onun sözlərinə görə, həftənin ikinci yarısında ölkə ərazisində temperaturun 3-4 dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır. "Respublikanın bəzi dağətəyi və dağlıq rayonlarında qısamüddətli yağışların yağacağı gözlənilir", - büronun direktoru bildirib.