...

Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrin qeydiyyat müddəti uzadılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 18 Avqust 2010 15:12 (UTC +04:00)
Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrdən mindən çoxu hələ də ali məktəblərdə qeydiyyatdan keçməyib.
Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrin qeydiyyat müddəti uzadılıb (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Sonuncu abzas əlavə olunub

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrdən mindən çoxu hələ də ali məktəblərdə qeydiyyatdan keçməyib.

"2010-2011-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunmuş 27 700 tələbənin 96 faizi bu günə qədər sənədlərini qəbul olunduqları ali təhsil ocaqlarına təqdim ediblər", - bu barədə çərşənbə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib.

Azərbaycanın ali məktəblərinə 2010-2011-ci tədris ili üçün qəbul imtahanları iyulun 4-dən 23-dək keçirilib. Cari ildə qəbul aparılan 30 457 plan yerinə 27 700 nəfər qəbul olunub.

Nağızadə daha sonra Trend-ə açıqlamasında ali məktəblərə qəbul olunan tələbələrin qeydiyyat müddətinin iki gün uzadıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti