...

Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçiriliblər (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2010 14:59 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xidmətin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə planına əsasən, avqustun 20-də baş tutan müayinənin məqsədi məhkum qadınlarda onkoloji xəstəliklərin erkən müayinəsi və müvafiq müalicəyə cəlb olunmalarıdır.
Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçiriliblər (FOTO)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xidmətin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə planına əsasən, avqustun 20-də baş tutan müayinənin məqsədi məhkum qadınlarda onkoloji xəstəliklərin erkən müayinəsi və müvafiq müalicəyə cəlb olunmalarıdır.

Müayinələr Bakı Səhiyyə Baş İdarəsinin, şəhər Onkoloji Dispanserinin onkoginekoloqlarının və ultrasəs müayinəsi həkim mütəxəssislərinin yaxından iştirakı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti