...

Azərbaycanda hakimliyə qəbul olunan namizədlərin təyinatı ilin sonunadək aparılacaq - Ali Məhkəmənin sədri

Cəmiyyət Materials 25 Avqust 2010 16:36 (UTC +04:00)
Azərbaycanda hakimliyə qəbul olunmaq üçün imtahan vermiş və əksər mərhələləri keçmiş 80 namizədin təyinatı ilin sonunadək aparılacaq.
Azərbaycanda hakimliyə qəbul olunan namizədlərin təyinatı ilin sonunadək aparılacaq - Ali Məhkəmənin sədri

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda hakimliyə qəbul olunmaq üçün imtahan vermiş və əksər mərhələləri keçmiş 80 namizədin təyinatı ilin sonunadək aparılacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.

"Prezident hakimlərin sayının 600-ə çatdırılması barədə fərman imzalayıb. Gələcəkdə ehtiyac olduqca, yenidən hakimliyə qəbul üçün elan veriləcək. Azərbaycanda 140 vakant hakim yeri var. Vakant yerlərin bir qismi ilin sonunadək təyinatı aparılacaq namizədlərin hesabına dolacaq", - Rzayev deyib.

Rzayev apelyasiya məhkəmələrinin və Ali Məhkəmənin tərkibində inzibati kollegiyaların yaradıldığını və yanvar ayından kollegiyaların fəaliyyətə başlayacağını deyib. O, kollegiyaların tərkibinin formalaşdığını və bu kollegiyalara hakimlərin təyinatının yanvar ayınadək veriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti