Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Trans-Avropa Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının (TERENA) tamhüquqlu üzvü seçilib. Trend-in bazar ertəsi AMEA-nın rəsmi internet saytına isinadən verdiyi məlumata görə, TERENA Baş Assambleyasında AMEA-nı İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edəcək.
TERENA Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə, elm və təhsilin maraqlarına cavab verən yüksəkkeyfiyyətli beynəlxalq informasiya-telekommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən transmilli qurumdur.