...

Mətbuat Şurası "Azərbaycan jurnalistlərinin peşə etikası məcəlləsi"ni hazırlayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 Sentyabr 2010 11:17 (UTC +04:00)
Mətbuat Şurası beynəlxalq normalara uyğun "Azərbaycan jurnalistlərinin peşə etikası məcəlləsi"ni hazırlayıb. Bu barədə bazar ertəsi ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel "KİV-in özünütənzimləmə yolu ilə azadlığın ifadə olunmasının qorunub-saxlanması" adlı tədbirdə bildirib.
Mətbuat Şurası "Azərbaycan jurnalistlərinin peşə etikası məcəlləsi"ni hazırlayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

RED.Əlavəsi: 6-cı abzasdan sonra Mətbuat Şurası sədrinin sözləri əlavə olunub

Mətbuat Şurası beynəlxalq normalara uyğun "Azərbaycan jurnalistlərinin peşə etikası məcəlləsi"ni hazırlayıb. Bu barədə bazar ertəsi ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel "KİV-in özünütənzimləmə yolu ilə azadlığın ifadə olunmasının qorunub-saxlanması" adlı tədbirdə bildirib.

"Yeni məcəllə bundanəvvəlki ilə müqayisədə dünya normalarına daha çox uyğundur, daha böyük meyarlara cavab verir və Azərbaycanın maraqlarına cavab verəcək", - Cankorel bildirib.

O, Mətbuat Şurasının yeni özünütənzimləmə qaydaları ilə fəaliyyət göstərməsinin cəmiyyətdə daha böyük dəstək alacağına əminliyini ifadə edib.

"KİV-in hər bir nümayəndəsi mətbuat azadlığına nail olmaq üçün bu məcəllənin tələblərinə qoşulmalıdır", - Cankorel qeyd edib.

Onun sözlərinə görə, KİV azadlığı, xüsusilə, seçkilər ərəfəsində ən vacib amillərdən biridir.

ATƏT-in Bakı ofisinin rəhbəri bu məcəllənin qəbul edilməsindən sonra, yaxın vaxtlarda Azərbaycan Parlamentində diffamasiyalar haqqında qanunun qəbul ediləcəyinə əminliyini bildirib.

"Bu məcəllənin hazırlanması üçün xarici ekspertlər cəlb edilib və ATƏT-in Bakı ofisində iki dəfə müzakirələr aparılıb", - tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bugünkü gün üçün başlıca tələb Azərbaycanda diffamasiyalar haqqqında qanunun qəbul edilməsinin sürətləndirilməsidir.

Nəzərdə tutulmuş dəyişikliklərə görə, jurnalistlər cinayətkar əməllər, zorakılıq, amansızlıq və intiharla bağlı sensasiya xarakterli reportajlar verməməyi öhdələrinə götürməlidirlər. Jurnalistlər cinayət işinə baxılarkən məhkəmənin obyektivliyinə təsir göstərə biləcək reportajlar hazırlamamalıdırlar, terror aktları barədə məlumatları şişirtməklə təşviş yaratmamalıdırlar.

Xəbər lenti

Xəbər lenti