...

Bakıda güclü yağışların yağması nəticəsində "Neftçi" - "Muğan" oyunu təxirə salındı

Cəmiyyət Materials 11 Sentyabr 2010 16:29 (UTC +04:00)
Bakıda güclü yağışların yağması nəticəsində bu gün nəzərdə tutulan Azərbaycan Unibank Premyer Liqasının V turunun "Neftçi" - "Muğan" oyunu təxirə salınıb.
Bakıda güclü yağışların yağması nəticəsində "Neftçi" - "Muğan" oyunu təxirə salındı

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda güclü yağışların yağması nəticəsində bu gün nəzərdə tutulan Azərbaycan Unibank Premyer Liqasının V turunun "Neftçi" - "Muğan" oyunu təxirə salınıb. Bu barədə şənbə günü Trend-ə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

"Güclü yağış yağdığını, qarşıda Azərbaycan "A" milli yığma komandasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində rəsmi görüş keçirəcəyini və bu səbəbdən də Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün pis vəziyyətə düşməməsini nəzərə alaraq "Neftçi" - "Muğan" matçı sentyabrın 14-də keçiriləcək", - Musayev deyib.

Azərbaycan paytaxtında bir gündə düşən yağıntının miqdarı aylıq normadan iki dəfə çox olub. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya İdarəsinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.

Ayın 12-də gündüz vaxtlarında Qərb rayonlarından başlayaraq yağıntı kəsiləcək. Ayın 13-də isə hava yağmursuz keçəcək.

Xəbər lenti

Xəbər lenti