...

İran Parlamenti Xəzər dənizinin Urmiya gölünə axıdılması məsələsini araşdırır

Cəmiyyət Materials 14 Sentyabr 2010 10:52 (UTC +04:00)
Urmiya gölündə suyun səviyyəsinin aşağı düşmə problemini həll etmək məqsədi ilə təklif olunub ki, Xəzər dənizinin suyu bu gölə axıdılsın. Təklif hazırda Parlamentdə müzakirə olunur. Bunu İran Parlament nümayəndəsi Əhməd Əli Keyxa deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
İran Parlamenti Xəzər dənizinin Urmiya gölünə axıdılması məsələsini araşdırır

Urmiya gölündə suyun səviyyəsinin aşağı düşmə problemini həll etmək məqsədi ilə təklif olunub ki, Xəzər dənizinin suyu bu gölə axıdılsın. Təklif hazırda Parlamentdə müzakirə olunur. Bunu İran Parlament nümayəndəsi Əhməd Əli Keyxa deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

Keyxa deyib ki, Parlamentin kənd təsərrüfatı üzrə komissiyasının üzvləri Urmiya gölünə baxış keçiriblər. "Urmiya gölündə suyun səviyyəsinin aşağı düşməsinə iki səbəb var. Onlardan birincisi son 10 il ərzində yağıntıların az olması, digəri isə suya daha çox tələbat duyan sənaye təsərrüfatlarının inkişaf etməsidir", - Keyxa deyib.

Keyxan, Xəzər dənizi suyunun Urmiya gölünə axıdılması təklifinin hələlik layihə olduğunu, bu layihənin müzakirə edildiyini və öz təsdiqini tapmadığını bəyan edib.

Urmiya gölü İranın ən məşhur göllərindən biridir. Onun sahəsi, təxminən, 6 min kvadratkilometrdir. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edir.
Fasiləsiz quraqlıq səbəbindən, Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara təsir göstərir.
Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən başlanılacaq tədbirlər hələ ki kifayət deyil.

Xəbər lenti

Xəbər lenti