...

Beynəlxalq Qızıl Xaç Komitəsi hələ də regiondakı vəziyyətdən narahatdır - təşkilatın əməliyyatlar üzrə rəhbəri

Cəmiyyət Materials 28 Sentyabr 2010 19:52 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbəri Paskal Mej Vaqner Ermənistan və Azərbaycana rəsmi səfərini artıq başa vurub. O, səfəri zamanı hər iki ölkənin müdafiə və xarici işlər nazirlərinin müavinləri ilə görüşüb.
Beynəlxalq Qızıl Xaç Komitəsi hələ də regiondakı vəziyyətdən narahatdır - təşkilatın əməliyyatlar üzrə rəhbəri

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbəri Paskal Mej Vaqner Ermənistan və Azərbaycana rəsmi səfərini artıq başa vurub. O, səfəri zamanı hər iki ölkənin müdafiə nazirləri, həmçinin xarici işlər nazirlərinin müavinləri ilə görüşüb. Bu barədə çərşənbə günü BQXK-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Danışıqlar zamanı əsas diqqət BQXK-nın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regiondakı fəaliyyətinə və roluna yönəldilib.

"BQXK hələ də regiondakı vəziyyətdən narahatdır, - xanım Mej Vaqner bildirib. - Biz hərbi əsirlərin, saxlanılan mülki şəxslərin və insan cəsədlərinin repatriasiyası ilə əlaqədar bir neytral vasitəçi təşkilat kimi öz rolumuzu izah etmək istəyirdik".

Səfər zamanı Mej Vaqner həmçinin digər nazirliklərlərdən olan rəsmilər və Ermənistanın Qızıl Xaç Cəmiyyəti və Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin prezidentləri ilə də görüşüb.

BQXK 1992-ci ildən etibarən Ermənistan və Azərbaycanda Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş insanlara və icmalara yardım göstərir və onları müdafiə edir.

Xəbər lenti

Xəbər lenti