...

Qətərin ətraf mühit naziri Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 29 Sentyabr 2010 14:35 (UTC +04:00)
Qətərin ətraf mühit naziri Abdulla bin Mübarək bin Abud əl-Mədadinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Qətərin ətraf mühit naziri Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Qətərin ətraf mühit naziri Abdulla bin Mübarək bin Abud əl-Mədadinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bu gün başlanan səfərin məqsədi ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla ətraf mühit sahəsində gələcək əməkdaşlığa dair məsələlərin müzakirə olunması və Bakı şəhərində keçiriləcək Kənd Təsərrüfatı Sərgisində iştirak etməkdir.

Qətər dövlətinin ətraf mühit naziri cənab Abdullah bin Mübarək bin Abud əl-Mədadinin başçılıq etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər.

Daha sonra nümayəndə heyətinin "Şirvan" Milli Parkı ilə tanışlığı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti