...

Azərbaycan Diplomatik Akademiyasında magistratura proqramına tələbə qəbulu davam edir

Cəmiyyət Materials 13 Oktyabr 2010 10:23 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) 2011-2012-ci tədris ili üçün diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura pilləsinə tələbə qəbulunu davam etdirir.
Azərbaycan Diplomatik Akademiyasında magistratura proqramına tələbə qəbulu davam edir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Diplomatik Akademiyası (ADA) 2011-2012-ci tədris ili üçün diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura pilləsinə tələbə qəbulunu davam etdirir. Bu barədə çərşənbə günü ADA-nın mətbuat xidməti məlumat yayıb.

Xarici siyasət, beynəlxalq münasibətlər və diplomatiya sahələrinə maraq göstərən şəxslər elektron ərizə formasını yazmalı, Dövlət Tələbə Qəbulu Komissiyasının magistratura pilləsinə imtahanların birinci mərhələsində iştirak etməli, TOEFL və ya IELTS imtahan nəticələrini təqdim etməlidirlər.

ADA-ya daxil olmaq üçün tələb edilən sənədlərin tam siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

http://ada.edu.az/admissions/apply/instructions/

Əla qiymətlərlə təhsil alan tələbələrə təhsil haqqı ödənişlərində güzəştlər edilir. Hər həftənin ikinci günü saat 16:00-da maraqlanan şəxslər üçün akademiyanın binasında (Şamil Əzizbəyov küçəsi 88) məlumat sessiyaları keçirilir.

Magistratura proqramına sənədlərin qəbulu 2011-ci il martın 1-nə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti