...

Azərbaycanda Qurban Bayramı ilə bağlı 3 gün qeyri-iş günü elan edilib - Nazirlər Kabineti

Cəmiyyət Materials 26 Oktyabr 2010 13:18 (UTC +04:00)
Azərbaycanda Qurban Bayramı ilə bağlı 3 gün qeyri-iş günü elan edilib. Bununla bağlı Nazirlər Kabineti qərar çıxarıb.
Azərbaycanda Qurban Bayramı ilə bağlı 3 gün qeyri-iş günü elan edilib - Nazirlər Kabineti

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda Qurban Bayramı ilə bağlı 3 gün qeyri-iş günü elan edilib. Bununla bağlı Nazirlər Kabineti qərar çıxarıb.

Qərara əsasən, Azərbaycanın Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsini rəhbər tutaraq, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə noyabrın 13-ü - istirahət günü ilə noyabrın 15-i - iş gününün yeri dəyişdirilib, - məlumatı çərşənbə axşamı NK-nin rəsmi İnternet-saytı yayıb.

Bununla da noyabrın 15-i, 16-sı və 17-sı qeyri-iş günü elan edilib.

Azərbaycanda Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u da qeyri-iş günü elan olunub.
Bu barədə bazar ertəsi Trend-ə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.

Xəbər lenti

Xəbər lenti