...

Azərbaycan jurnalistlərinin peşə davranışı Avropa Mətbuat Şuraları Alyansının toplantısında müzakirəyə çıxarılacaq

Cəmiyyət Materials 3 Noyabr 2010 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir M.Əliyev/

"Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın yeni variantı Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında müzakirəyə çıxarılacaq. Bu barədə Mətbuat Şurasının çərşənbə günü yaydığı məlumatda deyilir.

Noyabrın 4-5-də Hollandiyanın paytaxtı Amsterdamda baş tutacaq tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edəcək.

Toplantıda alyansa üzv 30-dan artıq ölkənin mətbuat şuralarının hesabatı dinləniləcək, bu qurumların fəaliyyətindəki oxşar və fərqli cəhətlər ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirin gündəliyinə vətəndaş-mətbuat münasibətləri, plüralizmin inkişafı, mətbuat şuralarının fəaliyyət istiqamətləri, "online" jurnalistikanın cəmiyyətdəki yeri, internetdə yerləşdirilən materiallarda peşə prinsiplərinin gözlənilməsinə dair diskussiyaların aparılması da daxildir. Qeyd edək ki, sonuncu məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasında müzakirələrə başlanılıb və saytların fəaliyyətinə dair bir fakt araşdırılıb. Şura sədri çıxışında bu məsələyə də toxunacaq.

"Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na yeni dəyişikliklər edilib. Dəyişikliklərdə Avropa dəyərləri nəzərə alınıb.

Xəbər lenti

Xəbər lenti