...

Bakıda beynəlxalq təhsil sərgisi keçirilir

Cəmiyyət Materials 6 Noyabr 2010 13:13 (UTC +04:00)
"Kaspi" Təhsil Mərkəzinin təşkilatçılığı ilə şənbə günü Bakıda 3-cü Beynəlxalq Təhsil Sərgisinə start verilib.
Bakıda beynəlxalq təhsil sərgisi keçirilir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir M.Əliyev/

"Kaspi" Təhsil Mərkəzinin təşkilatçılığı ilə şənbə günü Bakıda 3-cü Beynəlxalq Təhsil Sərgisinə start verilib. Sərgidə Avropa və Kanadadan 10 təhsil müəssisəsi tədris proqramlarını təqdim edirlər.

Təhsil Mərkəzinin Təhsil Şurasının sədri Sona Vəliyeva sərginin açılış mərasimində bildirib ki, beynəlxalq təhsil sərgisini təşkil etməkdə məqsəd Azərbaycan gənclərinin xaricdə təhsil almasına dəstək olmaqdır.

"Sərgidə iştirak edən xarici təhsil müəssisələrinin ekspert qrupları maraqlanan şəxslərə təhsil alınacaq yer, təhsil proqramı və digər məsələlər barədə məlumat verəcəklər", - Vəliyeva bildirib.

Sərgidə "INTO University Partnership", "Study Group", "Cambridge Education Group", "Near East University (North Cyprus)", University of East Anglia", "University of Westminster", "University of Sheffield", "University of Lancaster", "City University London" və "International Language Academy of Canada" təhsil proqramları təqdim olunur.

Bundan qabaq təşkil olunan iki sərginin nəticəsində 100 azərbaycanlının Amerika və Avropanın bakalavr və magistr pillələrində təhsil alması təşkil edilib.

Sərgi bu gün başa çatacaq.

Xəbər lenti

Xəbər lenti