...

Türkiyənin Azərbaycandakı Səfirliyində Pakistana yardım məqsədilə moda sərgisi keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2010 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 Noyabr /Trend, müxbir T.Hacıyev/ Türkiyənin Azərbaycandakı səfirliyində Pakistana yardım məqsədilə moda sərgisi keçirilib.

"Pakistana yardım əlləri" adlı xeyriyyə tədbində türkiyəli modelyer Əhməd Özceyhanın "Azəri gülləri" kolleksiyası və Fəxriyyə Xələfovanın "2011 bahar-yay" kolleksiyası nümayiş olunub.

Tədbirdə çıxışı zamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın həyat yoldaşı Günay Kılıç bildirib ki, bu tədbirin məqsədi Paksitanda təbii fəlakətdən əziyyət çəkən insanlara yardı etməkdir. Bu yardım Pakistanda xəstəxana tikilərək həyata keçiriləcək. Xəstəxana Türkiyənin Xarici İşlər Nazirliyində çalışanların həyat yoldaşlarının dərnəyi tərəfindən tikilir. Burada yığılan pullar həmin dərnəyə köçürüləcək və pullar xəstəxananın tikintisinə xərclənəcək.

Tədbirdə kolleksiyaları nümayiş olunan modelyer Fəxriyyə Xələfova Trend-ə açıqlamasında tədbirin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, bu aksiyada iştirakı təmənnasız olacaq. Mənim burada iştirakımın əsas məqsədi yardım etməkdir.

"Düşünürəm ki, belə xeyriyyə tədbirlərində iştirak etmək olduqca vacibdir." - Xələfova bildirib.

Təbirin sonunda lotereya oyunu da keçirilib. Lotereyaların satışından da əldə olunan gəlirin də Pakistanda təbii fəlakətdən əziyyət çəkən insanlara veriləcəyi qeyd olunub.

Bir neçə ay öncə Pakistanda təbii fəlakət baş verib. Güclü leysan yağışlarının səbəb olduğu daşqınlar son 80 il ərzində regionda ən güclü daşqınlar sayılır. Təbii fəlakət nəticəsində minlərlə ev dağılıb, daha çox ziyan dəyən regionlarda sel-sularının güclü axını bütöv kəndləri yuyub-aparıb. Son məlumatlara görə, daşqınlardan bu və ya digər dərəcədə ziyançəkən pakistanlıların sayı 20 milyon nəfər təşkil edir; 1,6 mindən çox adam həlak olub.

Xəbər lenti

Xəbər lenti