...

Sumqayıt şəhər nümayəndə heyəti Gürcüstanda olub

Cəmiyyət Materials 29 Noyabr 2010 12:20 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətinin bazar ertəsi yaydığı məlumata görə, səfər Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Yerli Özünüidarəetmə İnkişafına Dəstək Proqramı çərçivəsində baş tutub.
Sumqayıt şəhər nümayəndə heyəti Gürcüstanda olub

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhərinin nümayəndə heyəti noyabrın 21-25-də Tbilisi şəhərində səfərdə olub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin bazar ertəsi yaydığı məlumata görə, səfər Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Yerli Özünüidarəetmə İnkişafına Dəstək Proqramı çərçivəsində baş tutub.

Şəhər İcra Hakimiyyətinin baş mütəxəssisi T.Vəliyev və şəhər Bələdiyyəsinin şöbə müdiri İ.Ömərovdan ibarət nümayəndə heyəti səfər çərçivəsində Tbilisi Meriyasında yaradılmış Vətəndaşlara Xidmət Mərkəzinin təcrübəsi ilə yaxından tanış olub. Burada onlara meriya tərəfindən "vahid pəncərə" sistemi çərçivəsində göstərilən xidmətlər barədə məlumat verilib, iş prosesi əyani şəkildə nümayiş olunub.

Ömərov cari ilin əvvəlində Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhər olan Lüdviqshafen (Almaniya) şəhərində olub, bu sahədə alman təcrübəsini öyrənib.

Xəbər lenti

Xəbər lenti