...

Şagirdlərin məktəbə eyni formada gəlməsini valideynlər təklif ediblər – Bakı şəhər Təhsil İdarəsinin müdiri

Cəmiyyət Materials 2 Dekabr 2010 16:07 (UTC +04:00)
Uşaqları mənfi təzahürlərdən qorumaq üçün valideynlər şagirdlərin hamısının məktəbə eyni formada gəlməsini təklif ediblər.
Şagirdlərin məktəbə eyni formada gəlməsini valideynlər təklif ediblər – Bakı şəhər Təhsil İdarəsinin müdiri

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/

Uşaqları mənfi təzahürlərdən qorumaq üçün valideynlər şagirdlərin hamısının məktəbə eyni formada gəlməsini təklif ediblər. Bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva şagirdlərin hicab geyinməsi məsələsinə münasibət bildirərək deyib.

Onun sözlərinə görə, valideynlərin bu təklifini təhsil qurumları bəyənir və rəsmiləşdirir.

"Biz sinifdəki 13-14 qızdan məktəbə eyni formada gəlməsini tələb etdiyimiz halda, sinifdə müxtəlif dəbli geyimdə olan qız görünür", - Rzaquliyeva bildirib.

Onun sözlərinə görə, təşkil olunmuş valideyn-müəllim assosiasiyalarının çoxsaylı iclaslarında dəfələrlə müzakirə edilən məsələlərdən biri şagirdlərin dərsə gələrkən geyindiyi məktəbli forması ilə bağlı olub.

"Hamı eyni səviyyədə imkanlı deyil. Həmin imkan fərqi məktəblilərin geyimində özünü göstərir və hansısa şagirddə daxilən, psixoloji cəhətdən küskünlük, ruhdandüşmə prosesi başlayır", - Rzaquliyeva deyib.

Bakının orta məktəbləri bu ildən vahid məktəbli formasına keçib.

Xəbər lenti

Xəbər lenti