...

"twitter" sosial şəbəkəsində saxta profilin Azərbaycan Respublikasının birinci xanımına heç bir aidiyyəti yoxdur

Cəmiyyət Materials 7 Dekabr 2010 20:13 (UTC +04:00)
Azərbaycan Respublikasının birinci xanımının Protokol Xidmətindən AzərTAc-a daxil olan məlumatda deyilir ki, son günlər İnternetdə "twitter" sosial şəbəkəsində guya Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya məxsus olduğu iddia edilən profil (www.twitter.com/firstladyaze) yaradılıb və bu profildən şəbəkə istifadəçiləri ilə intensiv yazışmalar aparılır.
"twitter" sosial şəbəkəsində saxta profilin Azərbaycan Respublikasının birinci xanımına heç bir aidiyyəti yoxdur

Azərbaycan Respublikasının birinci xanımının Protokol Xidmətindən AzərTAc-a daxil olan məlumatda deyilir ki, son günlər İnternetdə "twitter" sosial şəbəkəsində guya Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya məxsus olduğu iddia edilən profil (www.twitter.com/firstladyaze) yaradılıb və bu profildən şəbəkə istifadəçiləri ilə intensiv yazışmalar aparılır.

Bu saxta profilin və yazışmaların Mehriban xanımın həyata keçirdiyi çoxsahəli fəaliyyətinə heç bir aidiyyəti olmadığını xüsusi vurğulamaq istərdik. Belə əsassız məlumatların ictimaiyyətin diqqətinə çatdırılmasının ən azı məsuliyyətsizlik olduğunu bildiririk.

Nəzərə almaq lazımdır ki, Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, bütün dünyada özünün xeyriyyəçilik fəaliyyəti ilə tanınan bir şəxsiyyətdir.

Mehriban xanım Əliyevanın adından istifadə edərək internet məkanında saxta profillərin yaradılması və onun adından yazışmaların aparılmasını birinci xanımın nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndiririk.

Azərbaycan Respublikasının birinci xanımının Protokol Xidməti adından rəsmi olaraq bildiririk ki, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adının qeyd olunan sosial şəbəkəyə heç bir aidiyyəti yoxdur. 

Xəbər lenti

Xəbər lenti