...

Bakıda "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində seminar keçiriləcək

Cəmiyyət Materials 16 Dekabr 2010 18:28 (UTC +04:00)
Mətbuat Şurasının cümə axşamı yaydığı məlumata görə, üçgünlük tədbir dekabrın 17-də saat 10:00-da İctimai Televiziya və Radio Yayımları Şirkətində açılış mərasimi ilə başlayacaq, dekabrın 19-da yekunlaşacaq.
Bakıda "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində seminar keçiriləcək

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/

Bakıda Mətbuat Şurası və YUNESKO-nun Moskva nümayəndəliyinin birgə təşkilatçılığı ilə "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində seminar keçiriləcək.

Mətbuat Şurasının cümə axşamı yaydığı məlumata görə, üçgünlük tədbir dekabrın 17-də saat 10:00-da İctimai Televiziya və Radio Yayımları Şirkətində açılış mərasimi ilə başlayacaq, dekabrın 19-da yekunlaşacaq.

Seminarda məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrlarının hazırlanmasına dəstək verməkdən, mövcud sahədəki bəzi neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir.

Seminarda Bakıda və regionlarda fəaliyyət göstərən televiziya və radio kanallarının əməkdaşları iştirak edəcəklər.

Onlar tanınmış alim və mütəxəsislərin mövzu ilə bağlı fikir və təkliflərini dinləyəcəklər.

Xəbər lenti

Xəbər lenti