...

Azərbaycanda məhkəmə qərarlarının icrasına hakim nəzarəti müzakirə olunub

Cəmiyyət Materials 18 Dekabr 2010 10:33 (UTC +04:00)
Ümumməhkəmə Hakimlərinin İctimai Birliyinin şənbə günü iclası keçirilib.
Azərbaycanda məhkəmə qərarlarının icrasına hakim nəzarəti müzakirə olunub

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Ümumməhkəmə Hakimlərinin İctimai Birliyinin şənbə günü iclası keçirilib. Trend-in məlumatına görə, iclasda ölkədə aparılan məhkəmə-hüquq islahatları, cinayət prosesində məhkəmə nəzarətinin həyata keçirilməsində problemlər, məhkəmə qərarlarının icrasına hakim nəzarəti, hakim məsuliyyəti məsələləri müzakirə olunub.

Birliyin rəhbəri, Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərov deyib ki, hazırda Oğuz, Gədəbəy və Gəncənin Nizami rayon məhkəmələri üçün yeni inzibati binalar inşa olunur. İctimai birlik 8 ildir fəaliyyət göstərir, 340 üzvü var. Birlik 2009-cu ilin oktyabrında hakimlərin beynəlxalq assosiasiyasına fövqəladə üzv seçilib.

Cəfərov jurnalistlərə açıqlamasında əsas problemin məhkəmələrdə işlərə vaxtında baxılmaması, qanuni qərarların qəbul edilməməsi ilə bağlı olduğunu deyib.

Onun fikrincə, buna səbəb hakimlərin iş yükünün çox olması olub.

"İş yükü çox olduğu üçün işlərə vaxtında baxılmırdı, işlərin araşdırılmasında problemlər yaranırdı. İndi isə hakimlərin iş yükü azalıb. Bundan sonra belə problemlər olmayacaq", - Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti