...

Azərbaycanda yod istehsal edən müəssisəyə ətraf mühiti çikrəndirdiyinə görə xəbərdarlıq edilib

Cəmiyyət Materials 23 Dekabr 2010 10:51 (UTC +04:00)
"Azər-Yod" MMC-yə ona məxsus zavodun ətraf mühiti çirkləndirdiyinə görə xəbərdarlıq edilib.
Azərbaycanda yod istehsal edən müəssisəyə ətraf mühiti çikrəndirdiyinə görə xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir T.Hacıyev/

"Azər-Yod" MMC-yə ona məxsus zavodun ətraf mühiti çirkləndirdiyinə görə xəbərdarlıq edilib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Neftçala rayon Mirqurbanlı kəndinin bir qrup sakini "Azər-Yod" MMC-yə məxsus Neftçala yod zavodunda xlorun, kükürd qazlarının, yod və sulfat turşularının atmosferə buraxılması, eləcə də zavodun yod yatağında hasil olunan yodlu suyun nəql olunan boru xəttindən torpağa sızaraq şoranlaşma törətməsi ilə əlaqədar ETSN-ə şikayət edib. Şikayət məktubu nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, "Azər-Yod" MMC-nin icraçı direktoru A.Abdullayevin və şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.

Aparılan araşdırma zamanı müəssisədə yod emalı prosesində atmosferə xlorun, kükürd qazlarının, yod və sulfat turşularının buraxılması hallarının olmadığı, lakin "Azər-Yod" MMC-nin Neftçala yatağının 954, 712, 904, 982, 961 və 962 saylı quyularından çıxarılan yodlu suyun toplandığı 80 saylı çənin ətrafına mədən suyunun sızması müəyyən edilib.

Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib, çatışmazlıqların aradan qaldırılması məqsədi ilə "Azər-Yod" MMC-nin rəhbərliyinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

Xəbər lenti

Xəbər lenti