Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə  əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək.
Daxili İşlər  Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan  Zahidov şənbə günü Trend-ə bildirib ki, daxili işlər naziri,  general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Dünya  Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar DİN-in bütün  orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da  nümunəvi təmin edilməsi üçün dekabrın 30-dan yanvarın 5-dək gücləndirilmiş iş  rejimində çalışacaq.
 
                                    