...

Azərbaycan akademik avarçəkənləri Almaniyaya təlim-məşq toplanışına yollanırlar

Cəmiyyət Materials 29 Dekabr 2010 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan akademik avarçəkənləri Almaniyaya təlim-məşq toplanışına yollanır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2011-ci il Azərbaycanın akademik avarçəkənləri üçün xarici ölkədə təlim-məşq toplanışı ilə başlayacaq. Milli komandanın baş məşqçisi Rüdiger Hauffe və onun köməkçiləri Samir Məmmədovla Sergey Prodanın rəhbərliyi ilə 13 idmançı yanvarın 3-də Almaniyanın Braytenburnn şəhərinə qış toplanışına yollanacaq.

Bu qəbildən artıq 3-cü ildir təşkil olunan hazırlıq prosesinə ilk dəfə qadınlar da qatılacaqlar.
Bunlar perspektivli idmançılar - Angelina Angeluns və Alyona Kaporeyko, eləcə də daha təcrübəli Viktoriya Çepikova, Natalya Natoka və Natalya Lyalçukdur.

18 və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatlarının finalçıları Aleksandr Qlotov, Cavid Əfəndiyev və İqor Xmara, eləcə də beynəlxalq turnirlərdə özlərini yaxşı tərəfdən göstərən Fuad Mirzəyev, Novruz Əliyev, Bayram Əliyev, Qardaşxan Hüseynli və Kamal Xanlarov milli komandanın tərkibində yer alacaqlar.

Yanvarın 22-dək davam edəcək qış toplantısı fiziki hazırlıq xarakteri daşıyacaq. Yüksəklikdə yerləşən Braytenburnnda idmançılarımız dözümlülüklərini artırmaq istiqamətində çalışacaqlar.

Xəbər lenti

Xəbər lenti