...

Bütün Qafqazın Şeyxi Dağıstan Muxtar Respublikasının prezidentini qəbul edib

Cəmiyyət Materials 3 Yanvar 2011 13:39 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bazar ertəsi Trend-ə bildirib ki, Şeyxin iqamətgahında baş tuttan görüşdə Azərbaycan ilə Dağıstan xalqları arasındakı tarixi-mədəni əlaqələr, onların gələcək inkişaf prespektivləri müzakirə olunub.
Bütün Qafqazın Şeyxi Dağıstan Muxtar Respublikasının prezidentini qəbul edib

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Dağıstan Muxtar Respublikasının prezidenti Maqomedsalam Maqomedovu qəbul edib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bazar ertəsi Trend-ə bildirib ki,  Şeyxin iqamətgahında baş tuttan görüşdə Azərbaycan ilə Dağıstan xalqları arasındakı tarixi-mədəni əlaqələr, onların gələcək inkişaf prespektivləri müzakirə olunub.

Azərbaycanda qeyri-rəsmi səfərdə olan Dağıstan Prezidenti Maqamedov görüşü yüksək dəyərləndirib.

Görüşdə Maqamedovu Azərbaycana səfəri zamanı müşayət edən Rusiya federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Unaxanov, Dərbənd icra hakimiyyətinin başçısı Qurban Qurbanov, Rusiyanın Azərbaycandakı səfiri Vladimr Daroxin, Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maqomed Kurbanov, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr, QMİ sədrinin birinci müavini Hacı Salman Musayev, müavini Hacı Sabir Həsənli, millət vəkili Cavanşir Paşazadə iştirak edib.

Xəbər lenti

Xəbər lenti