...

Azərbaycanın təhsil naziri 20 Yanvar faciəsi ilə bağlı keçiriləcək tədbirlər planını təsdiq edib

Cəmiyyət Materials 7 Yanvar 2011 17:50 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov bütün təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi barədə əmr imzalayıb.
Azərbaycanın təhsil naziri 20 Yanvar faciəsi ilə bağlı keçiriləcək tədbirlər planını təsdiq edib

Azərbaycan, Bakı, 7 yanvar /Trend, muxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov bütün təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi barədə əmr imzalayıb.

Trend-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, əmrdə 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünü ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planına müvafiq olaraq, tədbirlərin bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində keçirilməsi qeyd olunub.

Yerli idarəetmə orqanlarının rəhbərləri görülmüş işlər barədə yanvarın 26-da nazirliyə hesabat təqdim etməlidirlər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xəbər lenti

Xəbər lenti