...

Azərbaycan Ali Məhkəməsinin kollegiyaları hesabat verəcək

Cəmiyyət Materials 13 Yanvar 2011 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin kollegiyaları ötən ilin yekunları ilə bağlı hesabat verəcək.

Məhkəmədən cümə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 18-də Ali Məhkəmənin Plenumunun ilin yekunlarına dair iclası keçiriləcək.

İclasda ilin yekunları ilə bağlı Ali Məhkəmənin kollegiyalarının hesabatları dinləniləcək. Məhkəmənin bu ilin birinci yarısına dair iş planı təsdiqlənəcək.

İclasda "Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ilə bağlı" məhkəmə ümumiləşdirilməsi müzakirə olunacaq.

Ali Məhkəmədən bildirilib ki, bu məsələ ilə bağlı məhkəmə ümumiləşdirilməsi aparılıb, daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı məhkəmələrin yol verdiyi nöqsanlar araşdırılıb və bununla bağlı qərar layihəsi hazırlanıb.

Plenumun iclasında bu məsələ ilə bağlı qərar qəbul olunacaq.

İclasda konkret cinayət və mülki işlərə baxılacaq.

Xəbər lenti

Xəbər lenti