...

Bakıda havalar soyuyacaq, atmosfer təzyiqi yüksələcək

Cəmiyyət Materials 26 Yanvar 2011 12:02 (UTC +04:00)
Bakıda yanvarın 26-dan 27-nə keçən gecə havanın nisbətən soyuyacağı gözlənilir. Bu barədə Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Bakıda havalar soyuyacaq, atmosfer təzyiqi yüksələcək

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Z.Əhmədova/

Bakıda yanvarın 26-dan 27-nə keçən gecə havanın nisbətən soyuyacağı gözlənilir. Bu barədə Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

"Yanvarın 26-dan 27-nə keçən gecə temperatur bir neçə dərəcə aşağı düşəcək", - Büronun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yanvarın 26-sı gündüz saatlarında paytaxt regionunda havanın temperaturu 12-14 dərəcə təşkil edəcək, lakin axşamüstü cənub-qərb küləyini şimal küləyi əvəz edəcək, hava soyuyacaq. Cümə axşamı havanın temperaturu 7-9 dərəcəyə enəcək, o əlavə edib.

Həmçinin yaxın iki gündə atmosfer təzyiqinin qalxacağı gözlənilir ki, bu da meteohəssas bakılıların əhvalına mənfi təsir göstərə bilər, Verdiyev bildirib.

Xəbər lenti

Xəbər lenti