...

Sınaq imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 26 Yanvar 2011 16:47 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yanvarın 23-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə çərşənbə günü Trend-ə TQDK-nın mətbuat xidmətindən məlumat veriblər.
Sınaq imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir T.Hacıyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yanvarın 23-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə çərşənbə günü Trend-ə TQDK-nın mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, imtahanın nəticələri bu gün TQDK-nın İnternet səhifəsində yerləşdirilib.

Sınaq imtahanlarında iştirak etmək üçün 31 126 abituriyent qeydiyyatdan keçmişdi. Onlardan 1460 nəfəri imtahanda iştirak etməyib. 29 nəfər qaydalara zidd hərəkətlərə yol verdiyinə görə, imtahandan xaric olunub.

Növbəti sınaq imtahanlarının müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti