...

Yanvarın 30-da Azərbaycan miqrasiya orqanlarında qulluğa qəbulla bağlı imtahanlar keçiriləcək

Cəmiyyət Materials 26 Yanvar 2011 17:13 (UTC +04:00)
Yanvarın 30-da Azərbaycan miqrasiya orqanlarında qulluğa qəbulla bağlı imtahanlar keçiriləcək. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qulluğa qəbulla bağlısənəd qəbulu ötən il dekabrın 1-dən 30-dək aparılıb.
Yanvarın 30-da Azərbaycan miqrasiya orqanlarında qulluğa qəbulla bağlı imtahanlar keçiriləcək

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Yanvarın 30-da Azərbaycan miqrasiya orqanlarında qulluğa qəbulla bağlı imtahanlar keçiriləcək. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qulluğa qəbulla bağlı sənəd qəbulu ötən il dekabrın 1-dən 30-dək aparılıb.

Qulluğa qəbulla əlaqədar müraciət etmiş namizədlər "İmtahana buraxılış vərəqəsi "ni yanvarın 29-dək, saat 09:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatından əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti