...

Bədii gimnastika üzrə Bakı birinciliyində 100-dək idmançı çıxış edəcək

Cəmiyyət Materials 28 Yanvar 2011 15:40 (UTC +04:00)
Fevralın 4-dən 5-dək Azərbaycan paytaxtında bədii gimnastika üzrə 18-ci Bakı birinciliyi keçiriləcək. Yarışda paytaxtın idman cəmiyyətlərini təmsil edən 100-dək idmançı çıxış edəcək.
Bədii gimnastika üzrə Bakı birinciliyində 100-dək idmançı çıxış edəcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Fevralın 4-dən 5-dək Azərbaycan paytaxtında bədii gimnastika üzrə 18-ci Bakı birinciliyi keçiriləcək. Yarışda paytaxtın idman cəmiyyətlərini təmsil edən 100-dək idmançı çıxış edəcək. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Bakı Gimnastika Məktəbinin və respublika idman kəktəbi kompleksləri "Neftçi", "Təhsil", "Spartak" və "Sərhədçi"nin gənc idmançıları ilə yanaşı, DİN İdman Cəmiyyətinin təmsilçiləri və ilk dəfə olaraq Bakının Nizami rayonunun Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yetirmələri birincilikdə çıxış edəcəklər.

Turnir iştirakçıları altı yaş qrupuna bölünəcək (1996-98, 1999, 2000, 2001, 2002 və 2003-cü il təvəllüdlü) və çoxnövçülükdə mübarizə aparacaqlar.

Yarışda 2001-2003-cü il təvəllüdlü gimnastlardan ibarət 10 komanda qrupu iştirak edəcək. Onlar hakimlərə və tamaşaçılara alətsiz hərəkətlərini nümayiş etdirəcəklər. Yarışlar fevralın 4-də saat 10:00-da və fevralın 5-də saat 11:00-da Bakı Olimpiya Kompleksində olacaq.

Xəbər lenti

Xəbər lenti