...

Bakıda yaşayan Hindistan vətəndaşları dəm qazından zəhərləniblər

Cəmiyyət Materials 29 Yanvar 2011 12:48 (UTC +04:00)
Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Bakıda yaşayan Hindistan vətəndaşları dəm qazından zəhərləniblər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yaşayan Hindistan vətəndaşları dəm qazından zəhərləniblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsində kirayədə yaşayan Hindistan vətəndaşları Suracit Kar, Achanata Nayak və Avicit Das yaşadıqları mənzildən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Xəbər lenti

Xəbər lenti