...

Azərbaycanlı deputat Qarabağ əlillərinə və onların ailələrinə ev verilməsi prosedurlarının sadələşdirilməsini istəyir

Cəmiyyət Materials 1 Fevral 2011 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı deputat Qarabağ əlillərinə və onların ailələrinə ev verilməsi prosedurlarının sadələşdirilməsini tələb edir.

"Qarabağ müharibəsi əlilləri ev növbəsinə dayanırlar, ancaq növbəsinə az qalmış həmin əlillər həyatdan köçürsə, onların ailəsi o imtiyazdan yararlana bilmir", - Trend-in məlumatına görə, millət vəkili Qənirə Paşayeva Milli Məclisin yaz sessiyasının ilk iclasındakı çıxışı zamanı deyib.

"Dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə göstərdiyi diqqət və qayğını nəzərə alsaq, prosedura bəzi dəyişikliklər etməklə bu problemi aradan qaldırmış olarıq. Nəzərə almaq lazımdır ki, kifayət qədər müharibə əlilləri olub ki, onlar sağlamlıqlarını torpaqlarımızın azadlığı uğrunda itiriblər və neçə illər əvvəl dünyasını dəyişiblər. Onların heç növbəyə dayanma imkanları belə olmayıb. Yaxşı olardı ki, onların ailələrinin də şəhid ailələri kimi imtiyazlardan istifadə etmələri üçün qanunvericiliyə dəyişikliklər edək", - Paşayeva əlavə edib.

Xəbər lenti

Xəbər lenti