...

Ukraynada fevral "Xocalı ayı" elan edilib

Cəmiyyət Materials 3 Fevral 2011 14:54 (UTC +04:00)
İslam Konfransı Təşkilatı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ümumukrayna Gənclər Assambleyasının birgə təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə fevral ayı Ukraynada "Xocalı ayı" elan edilib.
Ukraynada fevral "Xocalı ayı" elan edilib

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir M.Əliyev/

İslam Konfransı Təşkilatı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ümumukrayna Gənclər Assambleyasının birgə təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə fevral ayı Ukraynada "Xocalı ayı" elan edilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı növbədənkənar toplantısını keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) idarə heyəti fevral ayında Ukraynanın bir çox vilayət və şəhərlərində Xocalı soyqrımı ilə bağlı həyata keçiriləcək tədbirlər planını təsdiqləyib. Toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" kompaniyası çərçivəsində keçirilən tədbirlərin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı, xüsusəndə gənclərimiz ermənilərin Xocalı şəhərində həyata keçirdikləri soyqırım siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında əlindən gələni əsirgəməməlidir.

Tədbirlər planına əsasən, Ukraynanın Nikalayev, Simferopol, Donetsk, Dnepropetrovsk, Xarxov və Kiyev şəhərlərinin mərkəzi meydanlarında imzatoplama aksiyası keçiriləcək, Xocalı soyqırımını özündə əks etdirən foto informasiya bukletləri paylanacaq, adı çəkilən şəhərlərdə ukraynanın tanınmış rəssamlarının Xocalı faciəsinə həsr olunmuş rəsm sərgiləri keçiriləcək. Həmçinin gənclərin və uşaqların hazırladığı "Xocalı harayı" ədəbi bədii kompazisiyası və filmlər nümayiş etdiriləcək, ali təhsil ocaqlarında xocalı faciəsini özündə əks etdirən foto stendlər quraşdırılacaq.

Fevralın 26-da Ukraynanın bir sıra şəhərlərindən gənclərin Kiyev şəhərinə "Xocalıya ədalət" şüarı ilə avto yürüşü olacaq .Yürüş iştirakçıları Ermənistan səfirliyinin, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçirməklə, adı çəkilən qurumlara hazırlanmış qətnamələri təqdim edəcəklər.

1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Xocalı şəhərinin 7 minlik əhalisinə qarşı soyqırım aktı törədilib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-sinin taleyi hələ də məlum deyil.

Xəbər lenti

Xəbər lenti