Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Z.Əhmədova/
Bakı məktəblərində IX və XI sinif şagirdləri üçün ilk mərkəzləşdirilmiş sınaq buraxılış imtahanları fevralın 12 və 13-də keçiriləcək. Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"XI sinif şagirdləri üçün sınaq imtahanları səkkiz fənn, IX sinif şagirdləri üçün isə iki fənn üzrə keçiriləcək", - bu barədə idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.
Onun sözlərinə görə, şagirdlərin ilk mərkəzləşdirilmiş sınaq imtahanında göstərdikləri nəticələr iyunda keçiriləcək buraxılış imatahanlarına öz təsirini göstərəcək.