Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.Xəlilova/
Azərbaycanda gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar Parlamentin İqtisadi siyasət komitəsi Dövlət Gömrük Komitəsi (DGK) ilə birgə seminar keçirəcək. Bu barədə Parlament komitəsinin rəhbəri Ziyad Səmədzadə cümə axşamı Gömrük Məcəlləsinin yeni layihəsinin müzakirəsi zamanı bildirib.
"Tədbirin keçirilməsində əsas məqsəd əhalini qanunvericilikdəki dəyişikliklər barədə məlumatlandırmaqdır ki, bu da ölkədə gömrük hüquq pozuntularının aradan qaldırılmasına kömək edir. Hətta sərmayədarlar ölkəyə gələnədək hər şeydən əvvəl vergi və gömrük qanunvericiliyindəki vəziyyətlə maraqlanırlar", - Səmədzadə bildirib.
Keçirilən müzakirələrdən sonra Parlament komitəsi Gömrük Məcəlləsinin yeni redaksiyasının birinci oxunuşda qəbul edilməsini Milli Məclisə tövsiyə edib. Səmədzadənin sözlərinə görə, onun Parlament iclasında ilk müzakirəsinin fevralın 11-də keçirilməsi gözlənilir. Yaz sessiyasının sonunadək isə məcəllənin üçüncü oxunuşda tam qəbul ediləcəyini güman edirik, millət vəkili deyib.
Hazırda qüvvədə olan Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib.
"Son illər dövlət büdcəsinə gömrük daxilolmaları dörd dəfədən çox artıb. Gömrük sisteminin strukturu sabit səviyyədə təkmilləşir. Bununla belə ki, gömrük orqanlarına 10 mindən çox mal mövqeyi üzrə hesablamalar aparmaq lazım gəlir. Və bu mövqelərdən hər biri müəyyən normativ aktlarla əsaslandırılıb", - Səmədzadə deyib.
DGK sədri Aydın Əliyevin sözlərinə görə, Gömrük Məcəlləsinin yeni redaksiyasının qəbul edilməsi ilə ölkədə qüvvədə olan 70-dək normativ-hüquqi aktların təkmilləşdirilməsi tələb olunur.