...

Azərbaycanda ilk dəfə dağ velosiped turu təşkil olunacaq

Cəmiyyət Materials 7 Fevral 2011 15:52 (UTC +04:00)
Azərbaycanda 2011-ci il - "Turizm ili" çərçivəsində ilk dəfə dağ velosiped turu təşkil olunacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi mətbuat konfransında jurnalistlərə "Turizmə dəstək" Gənclər Koalisiyasının koordinatoru Ramiz Alıyev deyib.
Azərbaycanda ilk dəfə dağ velosiped turu təşkil olunacaq

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanda 2011-ci il - "Turizm ili" çərçivəsində ilk dəfə dağ velosiped turu təşkil olunacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi mətbuat konfransında jurnalistlərə "Turizmə dəstək" Gənclər Koalisiyasının koordinatoru Ramiz Alıyev deyib.

"Velosiped turunun Azərbaycanın şimalında yerləşən Şahdağ turizm kompleksində keçirilməsi nəzərdə tutulub", - Alıyev deyib.

Onun sözlərinə görə, bu cür tədbirlərin təşkili ictimaiyyətin Azərbaycanın turizm mərkəzlərinə diqqətini artıracaq və yerli turizmə daha çox insan cəlb edəcək.

Həmçinin Azərbaycanın turizm bölgələri haqqında ölkə və dünya ictimaiyyətinin məlumatlandırılması üzrə miqyaslı proqramın gerçəkləşdirilməsi planlaşdırılıb, o, deyib.

Proqram çərçivəsində mədəniyyət, şou-biznes, həmçinin KİV nümayəndələrinin iştirakı ilə turizmin güclü inkişaf etdiyi regionlarda konsertlərin təşkili, avtoturizmin inkişafı nəzərdə tutulub, Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti