...

Azərbaycan Təhsil Nazirliyinə məktəblərdə pul yığılması ilə bağlı şikayətlər daxil olub

Cəmiyyət Materials 16 Fevral 2011 10:51 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinə yanvar ayında məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması, müxtəlif nəşrlərin satışının təşkili ilə bağlı şikayətlər daxil olub.
Azərbaycan Təhsil Nazirliyinə məktəblərdə pul yığılması ilə bağlı şikayətlər daxil olub

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyinə yanvar ayında məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması, müxtəlif nəşrlərin satışının təşkili ilə bağlı şikayətlər daxil olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Təhsil Nazirliyindən bildiriblər.

Nazirliyin "qaynar xətt"inə daxil olan şikayətlərin bir qismi də tədris müəssisələrində istilik sisteminin qaydasında olmaması ilə bağlıdır.

Ümumilikdə, 2011-ci ilin yanvar ayında nazirliyə 910 müraciət daxil olub ki, bunların 100-ə qədəri şikayət xarakterlidir.

Şikayətlərdən 35-i ali məktəblərdə qış imtahan sessiyası ilə bağlı olub. Tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, qurum əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub.

Özəl ali təhsil müəssisələrindən daxil olan şikayətlərin bəzilərində məzunlara diplomların verilməməsi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti