...

Bakıda Xocalı faciəsi haqqında filmin təqdimatı keçiriləcək

Cəmiyyət Materials 17 Fevral 2011 11:08 (UTC +04:00)
Fevralın 21-də Bakıda türk jurnalisti Cem Oğuzun "Qaçqın: Anar Usubovun həyat tarixi" filminin təqdimatı keçiriləcək.
Bakıda Xocalı faciəsi haqqında filmin təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir A.Qasımova/

Fevralın 21-də Bakıda türk jurnalisti Cem Oğuzun "Qaçqın: Anar Usubovun həyat tarixi" filminin təqdimatı keçiriləcək.

Xocalı faciəsinin baş verdiyi zaman cəmi səkkiz yaşı olan oğlan öz taleyindəki gözlənilməz dəyişikliklər barədə danışır. Film mükafat almaq üçün müxtəlif beynəlxalq müsabiqələrə təqdim olunacaq. Kinofilm həm Azərbaycan, həm də ingilis dilində hazırlanıb.

Filmin təqdimatı 21 fevralda saat 17:00-da Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, filmin rejissoru Cem Oğuz çıxış edəcəklər, xarici diplomatik missiyaların nümayəndələrinin iştirakı da gözlənilir.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti