...

Azərbaycanda intiharlarla bağlı vəziyyəti öyrənmək üçün tədqiqatlara başlanılacaq (FOTO)(VİDEO)

Cəmiyyət Materials 21 Fevral 2011 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda intiharlarla bağlı vəziyyəti öyrənmək üçün elmi tədqiqatlar aparılacaq.

Respublikanın baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının müdiri Gəray Gəraybəyli bazar ertəsi Trend-ə bildirib ki, tədqiqatlar ölkənin regionlarında intiharların vəziyyətini öyrənmək məqsədilə aparılacaq.

Gəraybəyli Azərbaycanın regionlarında intiharlarla bağlı vəziyyətin tədqiqatların nəticələri əsasında məlum olacağını deyib.

Araşdırmalar sağlam və psixi xəstələrdə intiharın səbəbləri və Bakı şəhərində intiharların epidemiologiyası ilə bağlı olacaq.

Azərbaycanda epidiomoloji tədqiqatların aparılmadığından təəssüflənən baş psixiatr tədqiqatın ilk olaraq Bakı şəhəri üzrə aparılacağını qeyd edib.

"İntiharların dəqiq statistikasını aparmaq mümkün deyil. Baş verən hər intihar hadisəsi qeydə alınmır. Bəzən bu hadisələri ailə, qohumlar gizlədir, bəziləri ölümlə nəticələnmir. Əgər real statistikanın hazırlanmasından söhbət gedirsə, onda qeyd etdiyim bu halları da nəzərə almaq lazımdır. Azərbaycanın hansı regionunda intiharların daha çox qeydə alındığını demək çətindir. Belə bir məlumat üçün araşdırmalar aparılmalıdır. Əhali arasında sorğu keçirilməli, sorğuların cavabları analiz edilməlidir və bundan sonra konkret fikir söyləmək olar", - Gəraybəyli deyib.

Baş psixiatr Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında psixi xəstəliyi olanların intihar cəhdlərinin də öyrənildiyini bildirib.

"Sovet dövründə belə bir fikir formalaşmışdı ki, özünə qəsd edən insan yüz faiz psixi xəstədi. Bu kateqoriya insanları ayrıca öyrənmək lazımdı", - o, qeyd edib.

Tədqiqatlar Psixiatriya kafedrası tərəfindən aparılacaq.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti