...

Azərbaycanda dövlətin dinə qayğısını görməyən qüvvələr var - bütün Qafqazın şeyxi

Cəmiyyət Materials 22 Fevral 2011 12:27 (UTC +04:00)
Azərbaycanda bəzi qüvvələr dövlətin dinə diqqət və qayğısına qiymət verə bilmir, bilməyəcək də.
Azərbaycanda dövlətin dinə qayğısını görməyən qüvvələr var - bütün Qafqazın şeyxi

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Cəfərov/

Azərbaycanda bəzi qüvvələr dövlətin dinə diqqət və qayğısına qiymət verə bilmir, bilməyəcək də. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə İslam peyğəmbəri Məhəmmədin (s) mövludu gününə həsr olunmuş tədbirdəki çıxışında deyib.

"Bəzi qüvvələr var ki, dövlətin dinə qayğısına qiymət verə bilmir, bilməyəcəklər də. Çünki, onların qəlbində iman yoxdur. Belə qüvvələr həm Azərbaycanın daxilində, həm də xaricində var", - Paşazadə bildirib.

Bütün Qafqazın şeyxi həzrəti Məhəmmədin şəxsiyyəti, əxlaqı, onun İslam dininin yayılmasındakı rolu barədə geniş məlumat verib.

Sovet İttifaqı dövründə müsəlmanların qarşılaşdıqları problemlərə toxunan Paşazadə müstəqillik əldə edildikdən sonra müsəlmanlar üçün yaradılan şərait və imkanlar barədə danışıb.

O, bildirib ki, o dövrdə Azəbaycanda 18 məscid fəaliyyət göstərirdisə, bu gün ölkədəki məscidlərin sayı 1800-dən artıqdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin peyğəmbərin mövludu günü münasibətilə "Təzə Pir" məscidinə gəlməsini və müsəlmanları təbrik etməsini yüksək qiymətləndirən şeyx qeyd edib ki, bu gün Prezident İlham Əliyevin dinə xüsusi diqqət və qayğısı hiss olunur.

O, Prezidentin rayonlarda məscidlərin açılışında iştirakını dövlətin qayğısı kimi dəyərləndirib.

Tədbirdə QMİ-nin Qazilər Şurasının üzvləri, İslam Universitetinin tələbələri, alimlər, din xadimləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti