...

Azərbaycanda baş redaktor vətəndaşı şantaj etdiyi üçün tutulub

Cəmiyyət Materials 24 Fevral 2011 14:37 (UTC +04:00)
Azərbaycanda baş redaktor vətəndaşı şantaj etdiyi üçün tutulub.
Azərbaycanda baş redaktor vətəndaşı şantaj etdiyi üçün tutulub

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda baş redaktor vətəndaşı şantaj etdiyi üçün tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumat görə, 1 il öncə fəaliyyəti dayandırılmış "Yeni Hakimiyyət" qəzetinin təsisçisi və baş redaktoru Vüqar Xəlilov və Abşeron rayon sakini Anar Quliyev Sumqayıt şəhər sakinini hədələyərək ondan pul tələb ediblər.

Onlar Salam Abdullayevi barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək ondan 2000 manat pul tələb ediblər.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçkirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti