...

Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi ilə bağlı festival keçiriləcək

Cəmiyyət Materials 1 Mart 2011 15:40 (UTC +04:00)
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunmuş Əlil yeniyetmə və gənclərin Respublika Yaradıcılıq Festivalı keçiriləcək.
Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi ilə bağlı festival keçiriləcək

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunmuş Əlil yeniyetmə və gənclərin Respublika Yaradıcılıq Festivalı keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında martın 2-də baş tutacaq tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə dövlət qayğısının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması və həvəsləndirilməsidir. Asudə vaxtın səmərəli və mənalı təşkil edilməsi də həyata keçirilən layihənin əsas məqsədlərindən biridir.

Tədbir zamanı sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərin rəsm əsərlərinin sərgisi təşkil olunacaq, musiqi və rəqs nömrələri, maraqlı səhnəciklər nümayiş etdiriləcək.

Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqillik əldə edib.

Xəbər lenti

Xəbər lenti