...

Kubanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 3 Mart 2011 11:56 (UTC +04:00)
Kubanın mədəniyyət naziri Abel Prieto apreldə Azərbaycana səfər edəcək.
Kubanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir S.Ağayeva/

Kubanın mədəniyyət naziri Abel Prieto apreldə Azərbaycana səfər edəcək.

Səfərdə məqsəd aprelin 7-9-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdir. Bu barədə cümə axşamı Trend-ə Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyero Torres məlumat verib.

Prietonun Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşü də planlaşdırılır. Səfir bildirib ki, bu görüşdə məqsəd Azərbaycanla Kuba arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də inkişafının təşkil edilməsidir.

Onun sözlərinə görə, artıq iki ölkə arasında mədəni dialoq sahəsində işlər görülür. Bu sahədə müvafiq əlaqələr qurulub.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili təşəbbüsünü Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Tədbir YUNESKO və İSESKO-nun iştirakı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək.

Forumda iştirak etmək üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya ölkələrinin əksəriyyətinin müvafiq strukturlarına dəvətnamələr göndərilib, mədəniyyət nazirliklərinin əksəriyyətindən tədbirdə iştirak edəcəkləri ilə bağlı məlumat daxil olub.

Xəbər lenti

Xəbər lenti