...

Azərbaycanda müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotunun ailə üzvlərinə verilməsi barədə qanun qəbul olunub

Cəmiyyət Materials 4 Mart 2011 17:36 (UTC +04:00)
Azərbaycanda müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotunun ailə üzvlərinə verilməsi barədə qanun qəbul olunub.
Azərbaycanda müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotunun ailə üzvlərinə verilməsi barədə qanun qəbul olunub

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotunun ailə üzvlərinə verilməsi barədə qanun qəbul olunub. Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əlavə edilməsi barədə qanun layihəsi müzakirə olunub və sənəd qəbul olunub.

Qəbul edilmiş sənədə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

Xəbər lenti

Xəbər lenti