...

Azərbaycanın daxili işlər naziri bölgələrdə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 5 Mart 2011 10:35 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edəcək.
Azərbaycanın daxili işlər naziri  bölgələrdə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir, general-polkovnik Ramil Usubov tərəfindən cari ilin mart ayının 15-də Şirvan şəhərində, 26-da isə Quba rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşların qəbulu Şirvan regionu üzrə Şirvan şəhər polis şöbəsində, şimal regionu üzrə isə Quba rayon polis şöbəsində saat 11:00-da başlayacaq.

Nazirlikdən bildirilib ki, Şirvan regionu üzrə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Saatlı, Cəbrayıl , şimal regionu üzrə isə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri qəbul olunacaqlar.

Xəbər lenti

Xəbər lenti