...

Azərbaycanda əhalinin mənzillə və işlə təmin olunması üçün dövlət proqramlarının qəbuluna ehtiyac var - hakim partiya

Cəmiyyət Materials 15 Mart 2011 14:07 (UTC +04:00)
Azərbaycanda əhalinin mənzil və işlə təmin edilməsi istiqamətində dövlət proqramlarının qəbul olunmasına ehtiyac var.
Azərbaycanda əhalinin mənzillə və işlə təmin olunması üçün dövlət proqramlarının qəbuluna ehtiyac var - hakim partiya

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda əhalinin mənzil və işlə təmin edilməsi istiqamətində dövlət proqramlarının qəbul olunmasına ehtiyac var. Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib.

"Azərbaycan əhalisi sürətlə - son 20 ildə 2 milyon nəfər - artır. Bunları nəzərə alaraq, Azərbaycan hökuməti əhalinin işlə təmin olunmasına yönələn tədbirlər həyata keçirməlidir", - Əhmədov bildirib.

O, hesab edir ki, bu sahədə müvafiq dövlət proqramının hazırlanması məqsədəuyğun olar.

"Əhalinin sayının artması ilə əlaqədar ortaya çıxan digər problem vətəndaşların mənzillə təmin olunmasıdır. Mənzillərə olan tələbatın ödənilməsi istiqamətində müvafiq işlər görülməlidir", - Əhmədov vurğulayıb.

Onun sözlərinə görə, vətəndaşların mənzillə təmin olunması istiqamətində 10 illik dövlət proqramı hazırlana bilər və bu proqram çərçivəsində ildə 1 milyard manat ayırmaqla 10 minlərlə vətəndaşın mənzil problemini həll etmək olar.

Əhmədov qeyd edib ki, bu proqram, həmçinin əhalinin işlə təmin olunmasına öz töhfəsini verəcək.

Xəbər lenti

Xəbər lenti